Bakı-Sumqayıt yolu bağlanır - TƏMİR

  • Müəllif: admin
  • 26 İyun 2018 09:17

Bakı-Sumqayıt yolundan istifadə edən sürücülər alternativ yollardan istifadə etməlidir. Bu gündən Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda hərəkət məhdudlaşdırlıacaq. Yola yeni asfalt-beton örtük vurulacaq. İşlərin qısa vaxt ərzində tamamlanması nəzərdə tutulub.

Gununsesi.info xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, həmin istiqamətdə asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatında yenilənmə işləri aparılacaq.Yola yeni asflat-beton örtük vurulacaq.

Təmir işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından, yəni Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından dəmir yolu körpüsünədək olan hissəsini əhatə edəcək.

Sürücülərə isə Bakı Dairəvi-1 – Lökbatan-Xocahəsən , Binəqədi şosesi – Binəqədi-Biləcəri , Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etmləri tövsiyə olunur.

Anar Nəcəfli “Xəzər xəbər”ə onu da bildirib ki,sonrakı mərhələdə Xırdalan dairəsindən üzü ”Vaz dairəsi” adlanan hissəyə qədər yola yeni-asfalt beton örtüyün vurulması nəzərdə tutulub.

Gununsesi.info