Paradı izləmək üçün Türkiyənin ordu generalı Bakıya gəldi

  • Müəllif: admin
  • 26 İyun 2018 09:40
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Azərbaycana gəlib.
Gununsesi.info xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti ilə ölkəmizə gələn Hulusi Akar Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə bu gün Bakının “Azadlıq” meydanında keçiriləcək hərbi paradda iştirak edəcək.