Diaspor rəhbərimizi naqillə boğub, şkafa saldılar - Antalyada

  • Müəllif: admin
  • 27 İyun 2018 13:52

Antalyanın Finike vilayətində azərbaycanlı iş adamı Məcid Nuxiyevin cəsədi aşkar edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Hürriyət” qəzeti yayıb. Portağal ticarətiylə məşğul olan Nuxiyevin cəsədi yaşadığı evin yataq otağındakı şkafda elektrik naqiliylə asılmış halda tapılıb.

Polisin ilkin araşdırması zamanı Nuxiyevin 5-6 gün öncə qətlə yetirildiyi bəlli olub.

Qeyd edək ki, Nuxiyev fevral ayından Antalyada yaşayırdı. O, buna qədər Ukraynanın Lvov şəhərindəki Azərbaycan diasporunun rəhbəri olub.