Yerevan polisi Sarkisyanın qardaşına görə açıqlama yaydı

  • Müəllif: admin
  • 27 İyun 2018 16:01

Ermənistan polisi keçmiş prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın həbsdən azad olunmasına görə açıqlama verib.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, polis onun evində aşkar olunan silahların qanuna uyğun olub-olmamasını araşdırır.

“Aleksandr Sarkisyan evində aşkar olunan odlu silahlardan qanun əsasında isitfadə edib-etmədiyin aydınlaşdırmaq üçün azad edilib”-deyə açıqlamada deyilir.

Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan iyunun 25-də saxlanılmışdı.