İran prezidenti söz verdi: “ABŞ-ı diz üstə çökdürəcəyik”

  • Müəllif: admin
  • 28 İyun 2018 09:36

İran prezidenti söz verdi: “ABŞ-ı diz üstə çökdürəcəyik”

İran İslam Respublikasının prezidenti Həsən Ruhanı “Press TV” dövlət televiziyasının efirində yeni bəyanat səsləndirib.

Ruhani ABŞ və İran arasında yaşana biləcək qarşıdurma barədə danışıb. Ruhani deyib: “Belə bir qarşıdurma olsa, İran nəinki güclü olacaq, hətta Vaşinqtonu diz üstə çökdürəcək”.Ölkədə iqtisadi problemlər fonunda yaranan gərginliklə bağlı Ruhani söz verib ki, xarici siyasət təzyiqi qarşısında İranın qüdrətini qoruyacaq, ölkənin azadlıq, müstəqillik, din və mədəniyyətini mühafizə edəcək.

 Ruhani əlavə edib: “Heç bir vəchlə ABŞ qarşısında təslim olmayacağıq. Milli qüdrətimizi qoruyacağıq və bu mübarizədə ABŞ-ı diz çökdürəcəyik”.
İran rəhbəri hökumətin iqtisadi planlarından danışıb, yoxsulluğa qarşı mübarizə, iş yerləri və istehsalı artırmaq barədə fikirlərini bölüşüb.