Azərbaycan gömrükçüləri avtomobilin salonundan qızıl-zinət əşyaları tapıb

  • Müəllif: admin
  • 29 İyun 2018 12:07

Image result for zərgərlik məmulatının gömrük sərhədindən qanunsuz yolla keçirilməsi
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

Gununsesi.info DGK-ya istinadən xəbər verir ki, bu fakt idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı qeydə alınıb.

Yoxlama nəticəsində, avtomobilin salonunda “əlcək qutusu” adlandırılan və kiçik əşyalar üçün nəzərdə tutulan qutuda, gömrük nəzarətindən gizlədilmiş halda, ümumi çəkisi 90 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

Aşkar edilən predmetlər – 10 ədəd üzük, 4 cüt sırğa, 6 ədəd kulon, 4 ədəd boyunbağı və 3 ədəd qolbağdan ibarət olub.

Faktla bağlı araşdırma aparılır.