Trampın qərarı etirazla qarşılandı 

  • Müəllif: admin
  • 29 İyun 2018 23:06

ABŞ prezidenti Donald Trampın İran, Suriya, Liviya, Yəmən, Somali, Şimali Koreya və Venesuela vətəndaşlarına viza verilməməsi barədə aldığı qərar yerli əhali tərəfindən sərt etirazla qarşılanıb.
 Nyu-Yorkda yüzlərlə etirazçı Tramp və onun qərarını təsdiqləyən Ali Məhkəmə əleyhinə şüarlar səsləndiriblər.
Fərqli din və etnik kökə mənsub insanlar Vaşinqtonda yerləşən Ali Məhkəmənin binası qarşısına toplaşıblar. Onlar “Divara yox, qadağaya yox”, “Səyahət qadağasına yox”, “Demokratiyaya hə, qadağaya yox”, “Yəhudilər sizinlə” şüarlarının yazıldığı plakatlar da nümayiş etdiriblər.
Manhattan Bələdiyyəsinin sədri Qeyl Brever bu qərarın tamamilə yanlış olduğunu bildirib və buna görə mübarizə aparacaqlarını söyləyib.(Qafqazinfo)