Ermənistanda partiya sədri adam döydü

  • Müəllif: admin
  • 03 İyul 2018 16:36

 

Ermənistanda hazırki baş nazir Nikol Paşinyanı Serj Sarkisyana qarşı dəstəkləmiş “Tsraukyan” blokunun rəhbəri Qaqik Tsarukyanın adı qalmaqallı cinayət işində səslənib.

Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, iyulun 2-də 50 yaşında bir kişini xəstəxannaya müraciət edərək onu Qaqik Tsarukyanın döydüyünü bildirib.

Zərərçəkmişin bədənində müxtəlif növ sınıq və zərbə izləri aşkarlanıb.

Onun sözlərinə görə əvvəlcə Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyan daha sonra isə mühafizə rəisi Eduard Babayan onu döyüblər.

İnsident MOK-nin inzibati binasında baş verib. Polis hadisə yerində qan izləri aşkarlayıb.

Zərərçəkmiş şahid qismində Fövqəladə Hallar Xidmətinin rəisi Qraçya Rostomyan və MOK-nin vitse-prezidenti Derenik Qabrielyanı göstərib.

Onun ifadəsinə görə oğlu Rusiya vətəndaşı və boks üzrə dünya çempionudur.

Qələbəyə görə Sarukyan ona mükafat vəd edib. Amma onun oğlu hələ ki, məcburi xidmətdən yayınmağa görə axtarılır.

Tsarukyanın Mühafizə rəisi Eduard Babayanın həbs edildiyi bildirilir.

Qeyd edək ki, Nikol Paşinyanın keçmiş baş nazir Serj Sarkisya qarşı mübarizəsi zamanı Parlamentdə “Sarukyan” blokunun rəhbəri Qaqik Sarukyan onu böyük dəstək olub. Hazırda o Ermənistan MOK-nin prezidentidir.