n
“Bu gün “Palmali” Şirkətlər Qrupunun yaranmasının üzərindən tam 20 il keçir. İyirmi il öncə Türkiyədə qurduğumuz bu şirkəti qurarkən, “etdiklərimiz edəcəklərimizin təminatıdır” demişdik. Və bu gün “Palmali Group of Companies” bir dünya şirkətidir”.
Gununsesi.az bildirir ki, bu fikirləri Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov özünün sosial şəbəkədəki hesabında yazıb.
Qurucusu olduğu şirkətlər qrupunun 20 yaşını qeyd etdiyini vurğulayan iş adamı yazır ki, “Palmali Group of Companies” təkcə, türk limanlarında deyil, dünya sularında Türkiyənin, Azərbaycanın önəmli isimlərinin adlarını gəmilərində yaşadan bir şirkətdir: “Dünyanın ən güclü yükdaşıma şirkətlərindən biri olmağa iddialı olan və bunu keçdiyimiz 20 ildə öz fəaliyyəti ilə ortaya qoyan bir qrupdur “Palmali”. Şübhəsiz ki, başarılı olmaq üçün yaxşı bir kapitanla iş bitmir. Sadiq və professional komanda olmasa, ən yaxşı kapitan belə gəmini limana çıxara bilməz. Çox sevinirəm ki, belə bir kollektivə sahibəm. Bu səbəbdən də, “Palmali” sadəcə, bir şirkətlər qrupunun adı deyil, böyük bir Ailədir. Ailənin müqəddəsliyi “Palmali”ni hər cür bəlalardan, çətinliklərdən qoruyub və qoruyacaqdır”.

Gununsesi.az










