Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib

  • Müəllif: admin
  • 17 Yanvar 2019 16:43

Avropa Parlamentinin bu gün keçirilən iclasında Azərbaycanda insan hüquqları, həmçinin, siyasi məhbuslar məsələsi müzakirə olunub.

Gununsesi.org-un xəbərinə görə, məruzəçilər Azərbaycanda insan hüquqları sahəsində durumdan narazılıq ifadə edib.

Müzakirələrdə həbsdə olan blogger Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması xüsusi müzakirə predmenti olub.

Sonda Mehman Hüseynovun və digər məhbusların azadlığa buraxılmasına çağırışı özündə əks etdirən qətnamə qəbul edilib.

Qətnamədə həmçinin, Azərbaycan hökumətindən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam icra etməyə çağırış da əks olunub.

Gununsesi.prg