
Türkiyədə başa çatan bələdiyyə seçkilərində verilən səslərin sayımına başlanılıb.
Gununsesi.org “Posta”ya istinadən xəbər verir ki, 194 min 678 sandıqdan 43 min 906-sı (22,55 faiz) açılıb.
Hazırki nəticələrə əsasən iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) 48,02 faiz səslə öndədir.
AKP böyük şəhərlərdən İstanbul və Ankarada da liderliyi əlində saxlayır. İzmirdə isə Cümhuriyyət Xalq Partiyası (CHP) öndədir.
***
Artıq sandıqların 113 min 712-si (58,41 faiz) açılıb.
İlk üçlükdəki AKP 46,51 faiz, CHP 30,75 faiz, İYİ Partiyası 6,54 faiz səs toplayıb.
Böyük şəhərlərdən İstanbul və İzmirdə dəyişiklik olmayıb. Ankarada isə CHP önə keçib.
***
Açılan sandıqların sayı 165 min 401-ə (84,96 faiz) çatıb.
AKP 45,32 faiz səslə liderliyini davam etdirir. CHP 30,25 faiz, İYİ Partiyası isə 7,32 faiz səs toplayıb.
***
Artıq sandıqların 91,15 faizi açılıb. AKP-nin səsi 44,95 faizə geriləsə də, liderliyi hələ də davam edir. CHP-nin səsi eyni qalsa da, İYİ Partiyasının səs faizi 7,39 faizə çatıb.












