Türkiyədə FETÖ şəbəkəsi ilə əlaqədə şübhəli bilinərək axtarışda olan iş adamı Hami Çatalürək İzmir Ədliyyəsinə gələrək təslim olub.
Gununsesi.info xəbər verir ki, məşhur iş adamı sözügedən şəbəkənin maliyyə ilə təmin edilməsində mühüm rol oynayan şəxslərdən hesab olunurdu.
Qeyd edək ki, Hami Çatalürək bir müddət əvvəl həbs edilsə də, şərti azadlığa buraxılmışdı.
Lakin prokurorluğun etirazından sonra onun haqqında yenidən axtarış elan edilmişdi.
Gununsesi.info











