
Sabiq OMON-çu terrorçu İŞİD-in “müdafiə naziri” oldu.
Gununsesi.info xəbər verir ki, İŞİD terrorçuları arasında Əl-Taciki kimi tanınan Tacikstan OMON-unun sabiq komandiri Gülmurad Xalimov terrorçu təşkilatın liderlərindən biri seçilib. İŞİD-in “müdafiə naziri” kimi tanınan Tarxan Batiraşvilinin (Abu Umar əş-Şişani)-nin İraqda anti-terror əməliyyatları zamanı öldürüləndən sonra bu vəzifəni tutub.
İRNA-nın verdiyi xəbərə görə, İŞİD onu rəsmi formada açıqlamır. İŞİD onun avizərbələr tuş gəlməsin deyə gizlin saxlayırlar.
İŞİD-in yükskçinli liderlərinin əksəriyyəti Suriya ərazisindən yerləşir, İraqın Naynave əyalətində isə çox az rəhbərləri məskunlaşıb. İraqda olan liderlər əsasən ikinci və üçüncü ranqda olan insanlardır.
40 yaşlı İŞİD-in yeni “müdafiə naziri” Gülmurad Xalimov 2015-ci ilin aprel aylarında bu təşkilatın sıralarına qoşulub.
ABŞ G. Xalimovun başına üç milyon dollar mükafat boyun olub.
Gununsesi.info











