Baş nazir Mişustin işsiz qalan nazirlərə yeni vəzifə verdi – Agentlik rəhbəri, sədr…

  • Müəllif: admin
  • 23 Yanvar 2020 09:37

Rusiyanın Baş Naziri Mixail Mişustin yeni hökumətdə yer almayan nazirlərə vəzifə verib.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, müvafiq sərəncamlar hökumətin saytında yerləşdirilib.

O, ölkənin keçmiş Səhiyyə naziri Veronika Skvortsovanı Federal Tibbi-Bioloji Agentliyinin rəhbəri vəzifəsinə təyin edib.

M.Mişustinin digər sərəncamı ilə Maksim Topilin Rusiya Pensiya Fondunun sədri vəzifəsinə təyin olunub. Öncəki hökumətdə o, Əmək və Sosial Müdafiə naziri vəzifəsini tuturdu.

Gununsesi.org