“Bu gün 270 min şəxs məşğulluq alt sistemində iş axtaran kimi qeydiyyatdan keçib. Onlardan 90 min nəfəri işsizdir”.
Gununsesi.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimində deyib.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, məşğulluq hər bir ölkənin siyasətinin əsas hissəsini təşkil edir: “Məhz ötən il həyata keçirilən 4,2 mln. əhalinin əhatə edən sosial paketin əsas hissəsi məhz məşğulluqla bağlıdır. Bu gün 270 min şəxs məşğulluq alt sistemində iş axtaran kimi qeydiyyatdan keçib. Onlardan 90 min nəfəri işsiz, 180 min nəfəri isə işi olsa da, özünə daha münasib iş axtaran şəxslərdir. Aktiv məşğulluq sahəsində ötən il 103 min nəfər işə düzəlib, 4 min nəfər peşə təhsili ilə təmin olunub”.












