Yazıçılar Birliyinin fəaliyyəti məhdudlaşdırılır

  • Müəllif: admin
  • 16 Mart 2020 12:47

“Azərbaycan Yazıçılar Birliyi (AYB) koronavirus pandemiyasından qorunmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirəcək”.

 Gununsesi.org xəbər verir ki, bunu “Report”a açıqlamasında AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, martın 16-dan etibarən birliyin fəaliyyəti məhdudlaşdırılacaq.

“Bəzi əməkdaşların, xüsusilə də yaşlı üzvlərin işə gəlməyinə məhdudiyyət qoyulacaq”, – A.Rzayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunması barədə qərar qəbul edib.

Gununsesi.org