İran Azərbaycanının populyar Traktor klubunun sahibi Məhəmmədrza Zunuzi İranın futbol federasiyası tərəfindən 3 dəfə Traktor klubunun çempion olmasına maneə törədildiyini bildirib.
Məhəmmədrza Zunuzi Radio Cavanla danışıqda super liqanın matçlarının başladılmasına qarşı olduğunu vurğulayaraq, matçların başladılmasını istəyənləri bir sıra rəsmilərin uşaqları olduğunu və onların matçların ertədən başlanmasında maddi mənfəətləri olduğunu da iddia edib.
Daha öncə Zunuzi İran televiziyasında ölkənin futbolunda mütəşəkkil korrupsiya və ayrı-seçkilik olduğunu irəli sürmüşdü.
“Komandalar asılıdırlar və həmin komandaların müdirləri bir söz danışsalar həmən onları dəyişdirirlər. İcazə veriniz mən həqiqəti söyləyim. Komandaların xərclərini klublar qəbul edir, amma gəliri bir məxsus insanların cibinə gedir. Bir sıra rəsmilərin uşaqları başqa insanların adına bəzi şirkətlər açıblar, amma biz bilirik ki həmin şirkətlər bir sıra hökumət rəsmilərinin uşaqlarına aiddir və onlar beləcə pul əldə edirlər” – deyə, Traktor klubunun sahibi deyib.