Kamran Əliyev daha iki rayona yeni prokuror təyin etdi

  • Müəllif: admin
  • 30 İyun 2020 14:16

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Gununsesi.org-un verdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

 

 

Gununsesi.org