Türkiyənin daha bir klubunun futbolçusu koronavirusa yoluxdu

  • Müəllif: admin
  • 14 Avqust 2020 14:30

Türkiyənin “Trabzonspor” klubunun futbolçusu koronavirusa yoluxub. 

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komanda üzvünün testi müsbət nəticələnib.

Adı açıqlanmayan oyunçunun müalicəsinə başlanılıb və o, təcrid edilib.

Qeyd edək ki, daha əvvəl “Qalatasaray”da 2, “Fənərbağça”da isə 1 futbolçuda koronavirus aşkarlanıb.

 

 

Gununsesi.info