İtaliya klubunun 2 futbolçusunda koronavirus aşkarlandı

  • Müəllif: admin
  • 20 Avqust 2020 20:44

İtaliyanın “Torino” komandasının 2 futbolçusu koronavirusa yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, oyunçulardan götürülmüş analizlərin nəticəsi müsbət çıxıb. Adları açıqlanmayan futbolçular karantinə alınıblar.

Qeyd edək ki, daha əvvəl “Napoli”, “Kalyari” və “Breşiya” klublarında virus aşkarlanıb.

 

 

Gununsesi.info