Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb.
Gununsesi.info-nun xəbərinə görə, məhkəmə Eldar Həsənovun apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən E.Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.
Sabiq səfir ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Gununsesi.info