Buna artıq söz ola bilməz. Sərsəm, şüursuz hərəkətləri və olmayan idarəetmə qabiliyyəti göstərir ki, hakimiyyətdən tezliklə öz xoşu ilə uzaqlaşmazsa xalqını daha bəlalı günlərə salacağı qaçılmazdır. Erməni ordusunun savaş aparmağa gücü demək olar ki, qalmayıb. Çıxış yolu kimi altı bəndən ibarət yeni və uğursuz səfərbərlik qərarı ilə çarəsiz vəziyyətə düşdüyünü təsdiq edən bu faşistin mülki əhalinin dəstələr şəklində qruplaşaraq müharibəni davam etdirmək çağırışına diqqət yetirin. Ümidlərinin tamamilə puça çıxdığını hiss edən bu paranoik xəstəsinin ölkə rəhbərliyində qalması nəinki öz xalqına və Cənubi Qafqaz regionuna təhlükədir, ümumiyyətlə, bütün dünya üçün əngəldir. Ona görə də nə qədər gec deyil, o, layiq olduğu cəzaya məhkum edilməlidir. Bu gün qəbul etdiyi qərarı bir gün sonra ya dəyişir, ya da ona elə əlavələr edir ki, sadəcə təəccüb etməyə bilmirsən. Görəsən, onda iynənin ucu qədər ağıl var, ya yox!!!