
Gələn ilin dövlət büdcəsindən daxili və xarici borcun ödənişi üçün 1 milyard 768 milyon manat xərclənəcək. Gununsesi.info 2017-ci ilin büdcə layihəsinə əsasən xəbər verir ki, xarici dövlət borcunun ödənməsinə 1 milyard 707 milyon manat ayrılacaq. Bu isə cari ilin proqnozu ilə müqayisədə 13.6 faiz artım deməkdir.
Qeyd edək ki, 2016-ci ilin büdcə proqnozunda 1 milyard 474 milyon manat nəzərdə tutulub.
Gələn il 1.707 milyardın 370 milyonu faiz, 1.338 milyard manatı isə əsas borc üzrə ödənişləri təşkil edəcək.
Daxili dövlət borcunun ödənişinə isə 61.1 milyon manat xərclənəcək
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info









