“Qəbələ” ikinci oyunda da uduzdu

  • Müəllif: admin
  • 29 Sentyabr 2016 21:00

qebele

 

Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.
Gununsesi.info-nun məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” də növbəti oyununa çıxıb.

Roman Qriqorçukun komandası Bakıda Almaniyanın “Maynts” klubunu qəbul edib. Bu görüşdə də “Qəbələ” 2:3 hesabı ilə uduzub. Bu komandanın qrup mərhələsində ikinci məğlubiyyəti olub.

Qrupun digər oyununda isə “Sent Etyen” “Anderlext”i qəbul edəcək.

Gununsesi.info