Sex və anbar od tutub yandı

  • Müəllif: admin
  • 01 Oktyabr 2016 09:54

yanqin

Bakının Binəqədi rayonunda vətəndaşa məxsus “Vəfa” kiçik müəssisəsinin ümumi sahəsi 70 m2 olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 16 m2 sahədə, içərisində 1 ədəd stol və sexə bitişik başqa bir vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan mərmər tozu anbarının dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə yanıb.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, sexin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info