Arda Turan millidən gedir - Futbolçudan önəmli qərar

  • Müəllif: admin
  • 01 Oktyabr 2016 13:35

arda

“Barcelona”nın yarımmüdafiəçisi, məşhur türk futbolçu Arda Turan karyerası ilə bağlı önəmli qərar varib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər veirr ki, Arda Turan Türkiyə millisində karyerasını başa vurmağa hazırlaşır.
Məlumatda bildirilir ki, Türkiyə yığmasının Avropa çempionatında Xorvatiya (0:1) və İspaniya (0:3) ilə oyunlarından sonra azarkeşlər tərəfindən təhqir olunan, eləcə də mətbuat tərəfindən tənqid oxlarının əsas hədəfi olan 29 yaşlı oyunçunun bir daha milli formanı geyinmək istəmədiyi iddia edilib.

İddiaya görə, yaxın ətrafı Ardanı bu fikrindən daşındırmağa çalışsa da, o, qərarında qətidir. Onun gələn həftənin əvvəli bununla bağlı qərarı açıqlayacağı da gözlənilir.

Eyni zmanda, təcrübəli oyunçu ilə baş məşqçi Fatih Terim arasında problem olduğunu da bildirib.

Fateh bütün bunlara baxmayaraq Ardanı milli komandanın siyahısına salıb.

Gununsesi.info