Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin razılığını gözləyir

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 12:52

 

hemsedir

ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin – İlham Əliyev və Serj Sarqsyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşə razılıq verəcəyinə ümid edir.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki,  bu haqda  ATƏT MQ-nin ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

“Prezidentlərin növbəti görüşlə bağlı razılıq verəcəyinə ümid edirik. Bu ana görə, növbəti görüşün tarixi və yeri məlum deyil”, – deyə, o vurğulayıb.

Onun sözlərinə görə, həmsədrlər münaqişənin həlli üzrə onun tərəfləriylə işləməkdə davam edir.

Gülnaz Qənbərli

Gununsesi.info