Son günlərdə mətbuatda yenidən “Bakı Metropoliteni” QSC-də gediş haqqının kəskin surətdə qaldırılması ilə bağlı informasiyalar yayılmaqdadır. Hətta qiymətlərin 5- qəpiydək, yəni indikindən 2,5 dəfə çox qaldırlması ilə bağlı məlumatlar yayılmaqdadır. Bu məlumatlar artqı cəmiyyətdə ciddi rezonansla yanaşı, narahatçılığa da səbəb olub.
Metroda gediş haqqının qaldırlması ilə bağlı gedən məlumatara aydınlıq gətirmək üçün “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq.
N. Paşayev Gununsesi.info-ya açıqlamasında bildirdi ki, qiymətin qaldırılması məsələsinə Tarif Şurası baxır: ““Bakı Metropoliteni” QSC qiymət artımı ilə bağlı Tarif Şurasına rəsmi müraciət etməyib. Bəzi mətbuat orqanlarında qiymət artımı ilə bağlı gedən yazılar dedi-qodudan başqa bir şey deyil. Yəni biz “Bakı Metropoliten” belə bir təkliflə çıxış etməyib və hazırda gediş haqqı 20 qəpik təşkil edir”.
N. Paşayev həmçinin, mətbuatda ”Bakı Metropoliteni”-nin xərcləri və borcu haqqında məlumatlara da aydınlıq gətirirək deyib ki, bu rəqəmlər həqiqəti əks etdimir.
Qeyd edək ki, mətbuatda cari ilin ilk yarımildə Bakı metropolitenində sərnişin daşınmasına əvvəlki ildəkindən 40 milyon manat çox xərc çəkilib. Metropoliten rəhbərliyi xərclərin niyə 1,7 dəfə artmasının səbəblərini açıqlamır. Həmçinin Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, yanvar-iyun aylarında “Bakı Metropoliteni” QSC-nin sərnişin daşınmasından əldə etdiyi gəlir 28 milyon 920,6 min manat – ötən ilin eyni dövrünə nisbətən 33,6 faiz çox olub.
Maraqlı olan isə budur ki, məlumatlara görə, ötən aylar ərzində gəlir artsa da metrodan istifadə edən sərnişinlərin sayında 2,6 faiz azalma müşahidə olunub…
Bundan əlavə Azadlıq Radiosunun yaydığı xəbərə görə, əgər ötən il gəlir və xərc nəzərə alınmaqla, bir sərnişinin daşınması metropolitenə 44,9 qəpiyə başa gəlirdisə, bu il həmin göstərici 82,4 qəpiyə çatıb. Bu isə metroda gediş haqlarının artacağını istisna etmir.
Onu da qeyd edək ki, ötən aydan etibarən metroda gediş haqqının 50 qəpiyə qaldırılacağı ilə bağlı sosial şəbəkələrdə, mətbuatda xəbərlər dolaşır. Lakin hələ ki, bu məsələ reallaşdırılmayıb.
Mürtəza
Gununsesi.info