Azərbaycan və Türkiyə qırıcıları şərti düşmənin hədəflərinə zərbə vurdu - FOTO/VİDEO

  • Müəllif: admin
  • 08 Sentyabr 2021 10:43

“TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Bu barədə Gununsesi.info-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tapşırığın senarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.

Gununsesi.info