
2016-cı ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8.7 faiz artaraq 32.7milyard manata çatıb.
Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, gəlirlərin 78,6 faizi gündəlik tələbat mallarına (son istehlak xərclərinə), 9,2 faizivergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlərüzrə faizlərin ödənilməsinə sərf edilib, 9,6 faizi isə yığımayönəldilib. Əhalinin hərnəfərinə düşən gəlirlər orta hesabla 3403 manat təşkil edib.
Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə əhalinin gündəlik tələbat mallarına xərcləri 5 faiz bənd artıb. İlin əvvəlində əhali gəlirlərin 72.1 faizini son istehlak mallarına sərf edib. Məhz bu səbəbdən yığıma yönələn vəsaitlər ötən ilin 9 ayının göstəriciləri ilə müqayisədə 3 faiz azalıb.
Beynəlxalq təcrübəyə əsasən, gəlirlərin böyük hissəsi istehlaka yönəlməsi yoxsulluğun əlamətidir. Hazırda istehlak xərclərinin artmasının bir neçə səbəbi var. Birincisi, insanların gəlirlərinin azalmasıdır. İkincisi, istehlak mallarının qiymətlərinin bahalaşmasıdır. Təbii ki, dolların bahalaşmasından sonra insanların gəlirlərinin azalması gözlənilən idi.
İstehlak xərclərinin 78.6 faizə yüksəlməsi inkişaf etmiş ölkələrlə müqayisədə çox böyük bir göstəricidir. Məsələn, ABŞ-da bu tip xərclər gəlirlərin 12 faizini, Avropada 15-16 faiz təşkil edir. Belə ölkələrdə isə gəlirlərin qalan hissəsinu yığıma, səyahətə, təhsilin artırılmasına və sair sahələrə yönəldir. Azərbaycanda isə hələ rəsmi statistikaya əsasən deyə bilərik ki, insanlar gəlirlərini gündəlik ərzaq və qeyri-ərzaq məhsullarına, kommunal xidmətlərə anacq xərcləyə bilir.
Vüsalə Rüstəmova
Gununsesi.info











