Dakuk şəhərinə endirilən hava zərbəsi nəticəsində 20 nəfər ölüb, 45 nəfər yaralanıb.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 15 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilirdi.
Məlumata əsasən, hava zərbəsini yalnışlıqla beynəlxalq koalisiyaya məxsus təyyarələr endirib. “Əl-Məyədin” telekanalının xəbərinə görə, təyyarələr ABŞ-a məxsus olub.
Gununsesi.info