Yolu keçən piyadanı maşın vurdu

  • Müəllif: admin
  • 22 Oktyabr 2016 10:20

 

piyade

Bakıda piyadaların hərəkəti üçün qadağan olunan yerdən keçən 30 yaşlı qadını avtomobil vurub.

Gununsesi.info-nun xəbərinə görə,  hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. Burada avtomagistral yoldan keçən 1985-ci il təvvəllüdlü Dünyamalıyeva Pərvanə Vaqif qızını avtomobil vurub. Ağır bədən xəsarətləri alan P.Dünyamalıyeva xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır.

Hüquq mühafizə orqanlarının əməkdaşı faktla bağlı araşdırmalara başlayıb.

Gülnaz Qənbərli

Gununsesi.info