Xorvatiyanın xanım prezidenti əslində kimdir? - FOTOLAR

  • Müəllif: admin
  • 23 Oktyabr 2016 20:24

kita-5

Xəbər verildiyi kimi, Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb.

Gununsesi.info  xəbər verir ki, 48 yaşlı Kitaroviç 1968-ci ilin aprel ayının 29-da Xorvatiyanın (keçmiş Yuqoslaviyanın) Rijeka şəhərində anadan olub.

O, Zaqreb Universitetini və Vyana Diplomatiya Akademiyasını bitirib.

Xanım siyasətçi NATO baş katibinin köməkçisi, həmçinin, Xorvatiyanın ABŞ-dakı səfiri, o cümlədən, Avropa məsələləri və xarici işlər naziri vəzifələrində çalışıb.

1993-cü ildən rəsmən siyasətə atılan Kitaroviç prezident seçilənə – 2015-ci ilin 19 fevralınacan Demokratik Birlik Partiyasının üzvü və rəhbər şəxslərindən olub.

Prezident seçiləndən sonra isə partiyadakı vəzifəsindən və partiya üzvlüyündən istefa verib, hazırda da bitərəfdir.

28 yaşından, yəni, 1996-cı ildən də  Jakov Kitaroviçlə evlidir. İki övlad anasıdır, Katarina və Luka adlı övladı var.

İngilis, ispan, portuqal dillərini tam, alman, fransız və italyan dillərini isə qismən bilir.

kita-8

kita-1

kita-4

kita-3

kita-7

K. HƏMZƏOĞLU

Gununsesi.info