Yağmurlu hava qəzaya səbəb oldu

  • By admin
  • 26 Oktyabr 2016 12:39

qeza

Yağmurlu hava Tovuzda qəzaya səbəb olub.

Gününsəsi.info xəbər verir ki, yol nəqliyyat hadisəsi axşam saatlarında rayonunun girişində, Qala kompleksinin yaxınlığında  baş verib. Qəza zamanı “VAZ 2109” “VAZ 2104”-lə toqquşub. Yol nəqliyyat hadisəsi 3 nəfərin zərərçəkməsi ilə nəticələnib.  Sürücülər yüngül xəsarət aldığından hadisə yerinə çağrılan Təcili Tibbi Yardım briqadası tərəfindən onlara yerində yardım göstərilib. “Vaz 21-09”-un sərnişini 33 yaşlı Xəyal Poladov isə Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun səhhətini həkimlər orta ağır qiymətlədirir. Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşıdırma aparılır.

Gününsəsi.info