
Türkiyənin “Sabah” qəzeti “Ozal Mosula girmək istədi, ordu ona qarşı çıxdı” başlıqlı məqalə dərc edib.
Gununsesi.info həmin məqaləni təqdim edir:
ANAP-ın keçmiş Sakarya millət vəkili Yalçın Qoçaq Mosulun Atatürkün vəsiyyəti olduğunu bildirərək vurğulayıb ki, Atatürk 1937-ci ildə amerikan general Mak Artura bu sözləri deyib: “Allah nəsib etsə, ömrüm çatsa, Mosul, Kərkük və Adaları geri alacağam. Selanik də daxil Qərbi Trakiyanı Türkiyə sərhədlərinə qatacağam”. O bildirib ki, bu vəsiyyət haqqında İsmət İnönü də bilirdi, hətta Bülənt Ecevitə də o çatdırmışdı.

Ecevit də Atatürkün bu vəsiyyətini təsdiq edərək İsmət İnönünün ona bu sözləri dediyini ifadə etmişdi: “Şərait əl vermədi, ala bilmədik. Mümkün olanda Türkiyənin Mosulu öz torpaqlarına qatması vacib olacaqdır. Bunu yadından çıxarma”.
Yalçın Qoçaq Ecevitin Kipr torpaqlarını aldığını da qeyd edib.
1992-ci ildə Ankara Şəhər Otelində Özalın direktivi ilə İraqda keçirilən iclasın iştirakçılarından olan Qoçaq o dövrlərdə Turqut Özalın Mosul məsələsi ilə ciddi məşğul olduğunu və Körfəz müharibəsi zamanı Mosula girmək istədiyi bildirib.
Özaldan sonra bu məsələni gündəmə gətirən Ərdoğan bunları söyləyib: “Əgər Misaki-millini anlasaq, Suriya və İraqdakı məsuliyyətimizin nə olduğunu da anlayarıq. Əgər indi Mosula müdaxilə ediriksə, bunun bir səbəbi var”.
Birinci Körfəz krizisi zamanı ABŞ-ın sabiq dövlət başçısı Corc Buş cənubdan İraqa girəcəyini bildirərək demişdi ki, Türkiyə də şimaldan girib buraları almalıdır, çünki onların Mosul və Kərkükdə haqqı var. Həmin dövrdə baş nazir olmuş Yıldırım Akbulut illər sonra Özal ilə Buşun arasında aşağıdakı dialoqun keçdiyini bəzi keçmiş millət vəkillərinin diqqətinə çatdırmışdı:
“Buş: Hörmətli Özal, Qərbi İraq və Kərkükə girin.
Özal: Bu gün gir deyirsinizsə, sabah da çıx deyəcəksiniz.
Buş: Kim girdiyi yerdən çıxıb ki, çıxasınız? Kiprə girdikdən sonra çıxdınız?”
Özalın qardaşı Qorqud Özal da Buş ilə gizli saziş bağladığını bildirərək belə demişdi: “Türkiyə İraqın qərb sərhədlərini nəzarətə götürəcəkdi. ABŞ isə cənubdan İraqa girəcəkdi. Türkiyə cənubdakı ABŞ qüvvələri üzrə basqını azaldacaqdı. Beləliklə asan bir şəkildə Bağdada giriləcəkdi”.

Nigar Cəfərli
Gununsesi.info












