Ombudsman BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi ilə birgə10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir. Müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.
Bu haqda Gununsesi.info-ya rəsmlər A3 formatda işlənməli və bu rəsmlərin müəllifləri haqqında qısa məlumat, həmçinin müsabiqə iştirakçılarının bir ədəd fotoşəkli (4×5 ölçüdə)25 noyabr 2016-cı il saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim edilməlidir.
Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək:
- Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması;
- BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəasının rəsmlərdə öz əksini tapması;
- Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.
İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra on gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.
Qeyd: müsabiqənin mövzusuna qəti uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq.
Əlaqə telefonu: 493-94-68
Gülnaz Qənbərli
Gununsesi.info