Ötən 4 il ərzində Vəkillər Kollegiyasının təşəbbüsü ilə respublika üzrə mütəmadi olaraq ödənişsiz hüquqi yardım aksiyaları təşkil olunur və çox sevindirici haldır ki, bu aksiyalara dövlət qurumları, icra aparatları, o cümlədən Milli Məclisin deputatları da qoşulur. Onların təşəbbüsləri əsasında Vəkillər Kollegiyasının dəstəyi ilə vəkillər
aztəminatlı vətəndaşlar üçün əlçatan olur, pozulmuş hüquqlarının bərpasına qanuni yolla nail olurlar. Son zamanlar Masallı rayonunda icra aparatı və millət vəkillərinin vətəndaşlarla mütəmadi keçirdiyi görüşlər demək olar ki, intensiv hal alıb.
Həyata keçirilən tədbirlərin davamı olaraq, 16 aprel tarixində Masallı Rayon İcra Aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərovun təşəbbüsləri, həmçinin Vəkillər Kollegiyasının dəstəyi ilə Masallı rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərildi.
Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutan görüşdə 40 aztəminatlı rayon sakini ödənişsiz hüquqi yardımla təmin olundu. Onlardan əlavə 21 şəhid ailəsi millət vəkilləri ilə görüşdə iştirak etdi.
Azadmedia.az-ın Cənub bürosunun rəhbəri RəmziŞahverdiyevin verdiyi məlumata görə şəhid ailələrinin problemləri yerində araşdırıldı və tezliklə həll olunması üçün müvafiq tapşırıqlar verildi. Gələcəkdə də sakinlərin pulsuz hüquqi yardım alması üçün icra aparatı, millət vəkilləri və Vəkillər Kollegiyasının təmsilçiləri müntəzəm görüş keçirəcəklərini bildirdilər.
Rayon sakinləri onlar üçün yaradılmış bu şəraitə görə rayon rəhbərliyinə, millət vəkillərinə və Vəkillər Kollegiyasının üzvlərinə təşəkkür etdilər.
Masallıda aztəminatlı ailələrə pulsuz hüquqi yardım aksiyası təşkil edildi
- By admin
- 16 Aprel 2022 19:20
DİGƏR XƏBƏRLƏR
-
26 Aprel 2024 10:49
Hökumət ABŞ Dövlət Departamentinin tənqidlərini nəzərə almalıdır
-
25 Aprel 2024 16:43
Məlahət İbrahimqızı: “Avropa Parlamentinin bəzi üzvləri məsuliyyətsizdir”
-
23 Aprel 2024 13:56
“İranının Azərbaycana təxribatlar cəhdləri nəticə verməyəcək”
-
23 Aprel 2024 12:45
Dövlət Departamenti Azərbaycanı yenə tənqid edib
-
23 Aprel 2024 11:50
“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək”
-
22 Aprel 2024 10:49
Rusiya ilə Azərbaycan arasında etimadlı münasibətlər qurulub
-
18 Aprel 2024 14:11
“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil”
-
17 Aprel 2024 09:07
“Azərbaycan nümayəndə heyətinin AŞ PA-ya qayıtmasından şad olarıq, amma…
-
15 Aprel 2024 20:15
“Oğlan əsgər gedir, gəlir ki, qız ərə gedib”
-
15 Aprel 2024 16:01
Bu qanun qəbul olunarsa, nə azad media, nə də insan haqlarını qoruyan təşkilatlar olacaq
-
12 Aprel 2024 12:01
“Bəlkə də heykəllərimdən biri çamadanlarını Azərbaycanda qoyacaq”
-
11 Aprel 2024 17:14
Gəncədə yeni stadion tikilir: “Xaricilər bizimlə oynamaq istəmirdilər”