Ermənilərn cəbhədə fəallaşmasının günahkarı həm də həmsədləridir - FƏZAİL AĞAMALI

  • Müəllif: admin
  • 01 Noyabr 2016 14:21
fazail_agamali_141015
Bu gün işğal olunmuş ərazilərimizdə  Ermmənistan və ATƏT-in Minsk qrupu həmsədrlərindın ibarət alyans formalaşıb ki,  bu alyans Azərbaycanın işğal  olunmuş torpaqlarının azad olunmasına  imkn vermir.
Bu fikiri Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı son günlərdə cəbhə xəttində yaranmış gərginliyə və erməniləriən  həyata keçirdiyi təxribatlara mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Qarabağdakı ermənilər bir daha status-kvonu qoruyub saxlamağa çalışırlar: “Ermənilər Müdafiə Nazirliyi sistemində  dəyişiklik edilib və  yeni rəhbərlik indi cəbhədə vəziyyəti dəyişməyə cəhd etməklə  özlərinə inamı artırmaq  istəyirlər.  O baxımdan da, özlərini təsdiq etmək üçün  təxribatlara əl atırlar”- deyə, o, bildirib.
Millət vəkili onu da əlavə edib ki,  Ermənistanın belə təxribatlara  əl atmasının ən başlıca  günahını həm də ATƏT-in Minsk qrupunun həmsədrlərində görür: “Çünki Azərbaycan prezdenti  son vaxtlar  Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqmətində müəyyən fikirlər səsləndirib. Ancaq Azərbaycan prezidentinin  təkliflərini ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrindən başqa heç bir həmsədr ölkə təqdir etmədi və  bu təkliflər susqunluqla müşaiyət olundu. Azərbaycan prezidenti  həmsədrlərə  münaqişənin həlli ilə bağlı ciddi addımlar atmaq  üçün yaxşı şans verdi, ancaq biz bunun şahidi olmadıq. Biz gözləyirdik ki, həmsdərlər Azərbaycan prezidentinin bu təklifindən yararlanaraq Ermənistanı sülhə vadar edəcək. Odur ki, günahı Ermənistanla yanaşı,  həmsdərlərdə görürəm”.
Millət vəkili bildirib ki,  həmsədrlər Ermənistana qarşı mövqelərini sərtləşdirməli və onun yanında olmamalıdırlar: “Həmsdər ölkələr Qarabağ probleminin həlli ilə bağlı Ermənistana konkret vaxt qoymalıdır.  Şərtlər qəbul edilmədikdə isə  Ermənistana sanksiyalar tətəbiq edib, onu yerində oturtmalıdırlar. Təəssüflər olsun ki, biz bunun şahidi olmuruq. Faktiki olaraq bu gün işğal olunmuş torpaqlarımızda Azərbaycana qarşı  Ermənistan və  həmsədrlərdən ibarət bir alyans formalaşıb.  Bu alyans Azərbaycan torpaqlarının işğaldan azad olunmasına  imkan vermir”. F.Ağamalı hesab edir ki, ümid ancaq  Azərbaycan ordusuna qalıb. “Azərbaycan ordusu apreldə olduğu kimi, müharibəni bərpa etməklə Ermənistanın işğalına son qoymalıdır”- deyə, o bildirib.
Millət vəkili yenidən aprel döyüşlərinin bərpa olunacağını istisna etmir: “ Çünki Ermənistanın son davranışları Azərbaycanı bu addımı atmağa vadar edir. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq  bu addımı atacaq və mənim buna heç bir şübhəm yoxdur”.
Mürtəza Bünyadlı 
Gununsesi.info