Məhkəmə “National Geographic”in “Əfqan qızı”nı girov müqabilində azadlığa buraxmadı - FOTO

  • By admin
  • 02 Noyabr 2016 16:47
pakistan
Pakistanın Peşavar şəhər məhkəməsi 1985-ci ildə “National Geographic” jurnalının üz qabığına düşməklə dünyada məşhurlaşan və “Əfqan qızı” kimi tanınan Şərbət Qulanı girov müqabilində azad etməkdən imtina edib.
Bu barədə Gununsesi.info BBC-yə istinadən xəbər verir.
Xatırladaq ki, oktyabrın sonlarında Qula Pakistan xüsusi xidmət orqanları tərəfindən həbs edilib. Onlar “Əfqan qızı”nın ölkədə saxta sənədlərlə yaşadığını müəyyənləşdirdiyindən bu addımı atıb. Sonradan Pakistan Xarici İşlər Nazirliyinin Ş.Qulanı girov müqabilində azad edəcəyi məlum olub.
Lakin məhkəmə zamanı hakim istintaq və vəkillərin dəlillərini dinlədikdən sonra fərqli qərar qəbul edib.
İslamabaddakı Əfqanıstan səfirliyi məhkəmə qərarı ilə daha yaxından tanış olduqdan sonra məsələyə rəsmi reaksiya göstərəcəyini bildirib.
Qeyd edək ki, Ş.Qulanın özü bu gün keçirilən məhkəmə iclasında iştirak etməyib.
afghan_girl_national_geographic_cover_june_1985
Gununsesi.info