
Hacıqabulda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Hacıqabul rayonu Qarasu kəndində vətəndaşa məxsus ümumi sahəsi 800 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində bir otağın döşəməsi 3 m2 sahədə və 15 ədəd yataq dəsti qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info












