Türkiyəli yazar “Qarabağ”ı Ermənistan komandası kimi təqdim etdi - VİDEO

  • Müəllif: admin
  • 26 Avqust 2022 12:22

Türkiyəli idman jurnalisti, “Sabah” qəzetinin köşə yazarı Gürcan Bilgiç “A Spor” telekanalında yayımlanan “Son Sayfa” verilişində “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib.

Gununsesi.info xəbər verir ki, o, verilişin aparıcısı Melike Çelikin klubların adlarını sadalamasından sonra ““Qarabağ” Ermənistan komandasıdır?” sualını verib.

Aparıcı isə dərhal onun səhvini düzəldərək “Azərbaycan komandasıdır” deyib.

Gürcab Bilgiçin bu səhvi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub və tənqid edilib.

Gununsesi.info