Britaniyanın Bakıdakı səfirliyində bayraqlar endirildi

  • Müəllif: admin
  • 09 Sentyabr 2022 09:29

Böyük Britaniya Kraliçası II Yelizabetin vəfatı ilə əlaqədar olaraq Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould tviter hesabında paylaşım edib.

Xatırladaq ki, Kraliça II Yelizabet sentyabrın 8-də 96 yaşında dünyasını dəyişib.

Gununsesi.info