Bakıda 34 yaşlı qadını altı nəfər döyüb

  • Müəllif: admin
  • 24 Aprel 2023 09:45

Bakıda 34 yaşlı qadın bir neçə nəfərin hücumuna məruz qalaraq ağır xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, metronun “20 Yanvar” stansiyasının yanında baş verib.

1989-cu il təvəllüdlü Pərvanə Məmməd qızı Həbillayeva bildirib ki, tanımadığı 6 nəfər tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və üz-baş nahiyələrinin hematoması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info