
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Kürdəmir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Gununsesi.info fondun yaydığı elana istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il noyabrın 24-də Kürdəmir rayonunun Atakişili kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
– ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq və cins heyvandarlıq təsərrüfatlarının, soya əkini, ət-sümük unu və çörək istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az
Anar
Gununsesi.info









