Tarif Şurasının qərarı qüvvəyə mindi

  • Müəllif: admin
  • 01 Dekabr 2016 10:23

qaz

Bu gündən Tarif Şurasının elektrik enerjisinin qiymətinin diferensiallaşdırması ilə bağlı qərarı qüvvəyə minib.

Gununsesi.info xəbər verir ki, Şuranın qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Gununsesi.info