Sabahdan metronun bu stansiyası təmirə bağlanacaq

  • Müəllif: admin
  • 06 Dekabr 2016 15:12

baki-metropoliteni-lider

Sabahdan, dekabrın 7-dən etibarən Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Bakı Metropliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır: “”Xətai” stansiyasına gedəcək sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının ikinci yolundan istifadə edə bilərlər”.

“Bakı Metropoliteni” QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir!

Qeyd edək ki, 2-ci yol “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına keçərkən soldakı yoldur. Həmçinin “Cəfər Cabbarlı” stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.

Gununsesi.info