Yuyucu tozun içərisində mobil telefonlar keçirən şəxs saxlanıldı

  • Müəllif: admin
  • 17 Dekabr 2016 11:30

unnamed-14
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində olan yuyucu tozun içərisində, gömrük nəzarətindən gizlədilmiş halda 1 ədəd “Samsung Galaxy J7 Prime”, 3 ədəd “Samsung Galaxy J5”, 1 ədəd “Samsung Galaxy J3” və 1 ədəd “Samsung Galaxy J2” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar – 21 ədəd USB kabel, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd “qulaqcıq və 17 ədəd adapter aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info