Rusiyada təyyarə qəzaya uğrayıb, 30 nəfər ölüb - YENİLƏNİB

  • Müəllif: admin
  • 19 Dekabr 2016 10:08

tey

Rusiyanın Yakutiya vilayətində təyyarə qəzaya uğrayıb. 

Gununsesi.info-nun “Ria-Novosti”-yə istinadən yaydığı məlumata görə, vilayətin Tiksi yaşayış məntəqəsi yaxınlığında “İL-18 markalı təyyarə yerə düşərək 3 hissəyə ayrılıb. Göyərtəsində 7-si ekipaj üzvü, 32 sərnişin olan təyyarə Müdafiə Nazirliyinə məxsusdur. 20 nəfərin xəstəxanaya çatdırıldığı bildirilir. Onların əksəriyyəti ağır vəziyyətdədir.

Rusiya FHN və Milli Aviasiyanın 3 helikopteri hadisə yerinə cəlb olunub.

***

Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər ölüb.

Bu barədə “İnterfax”a hüquq-mühafizə orqanlarından bildirilib. Təyyarənin göyərtəsində cəmi 36 nəfər olub.

Gununsesi.info