Ən maraqlı Yeni il adətləri - FOTOLAR

  • Müəllif: admin
  • 28 Dekabr 2016 09:41

yeni

Hər bir ölkə Yeni ili özünəməxsus adət-ənənələrlə qeyd edir. Kimi buzlu suya girir, kimisi ev əşyalarını atır.

Gununsesi.info ən qəribə yeni il adətlərini oxucularına təqdim edir.

Cənubi Afrikada yerli əhali yeni ildə şans və bərəkət üçün köhnə ev əşyalarını pəncərədən atır.

Kolumbiyada ili səyahətlərlə keçirmək üçün bayram ügün çemodanla gəzirlər.

Yaponiyada ilin təhvil verildiyi heyvanın maskasını taxaraq 108 dəfə zəng çalınan məbədə toplaşırlar.

Danimarkalılar köhnə boşqab və bardaqları yaxınlarının qapısına atırlar. Yeni il günü isə onlar stuldan tullanırlar. Bununla da pis ruhların getdiyinə və yeni ilin onlara uğur gətirəcəyinə inanırlar.

İspanlar saat 00:00-da 12 üzüm giləsi yeyirlər. 12 üzüm giləsi ayları və uğuru simvolizə edir.

Finlandiyada ərimiz şetalı suya tökürlər. Əldə edilən fiqura baxaraq gələn ili proqnozlaşdırmağa çalışırlar. Məsələn, ürək və dairə evliliyə işarədir.

Panamada xüsusi hazırlanan gəlinciklər yeni il tonqalında yandırılır. Həmin gəlinciklər köhnə ili təmsil edir. Onların yandırılması isə pis ruhların uzaqlaşdırılması və yeni başlanğıc deməkdir.

Filippində masada olan hər şeyin yuvarlaq olmasına diqqət edirlər. Çünki yumru forma pulu simvolizə edir. Bu isə zənginlik əlamətidir.

Estoniyada inanclara görə, yeni il günü bir insan 7 növ yemək yesə 7 nəfərin gücünə sahib olacaq.

Braziliya, Ekvator, Venesuella, Boliviyada yeni ildə rəngli alt geyimi geyinirlər. Bunun onlara şans gətirəcəyinə inanırlar. Məsələn qırmızı sevgi, sarı isə zənginlik deməkdir.

Peruda Yeni ildə “Takanakuy” festivalı keçirilir. Yeni il gecəsi insanlar bir birini yumruqlayır. Bununla Yeni ilə daha rahat girəcəklərini düşünürlər.

Rumıniyada qəpikləri çaya atır və bunun uğur gətirəcəyinə inanırlar.

Boliviyada şirniyyatların bəzilərinin içərisinə pul qoyurlar. Kimə bu pullu şirniyyat düşsə, il onun üçün daha uğurlu olacaq.

Çilidə insanlar yaxınlarının məzarı başında gecələyirlər.

Sibirlilər yeni ildə buzlu suya girirlər.

Zəngin və qədim adət-ənənələri ilə məşhur Hindistanda Yeni il fərqli şəkildə qeyd edilir. Bayram günü hindlilər zənginlik və gözəl bir gələcək gətirəcəyinə inandıqları tanrı Lakshmiye ibadət edir, evin hər yerində şamlar yandırırlar.

İtalyada Yeni il günü lazımsız və köhnə əşyalar eyvandan çölə atırlar. Onların inancına görə, Yeni ildə köhnə olan hər şeylə vidalaşmaq lazımdır.

Yeni il gecəsi Fransa küçələrində maskarad kostyumunda olan çoxlu insan görmək olar. Çünki fransızlar Miladdan fərqli olaraq, Yeni ili daha təntənəli şəkildə qeyd edirlər.

yeni-il2 yeni-il1

yeni-il

Nigar Cəfərli

Gununsesi.info