Bayram günlərində Beynəlxalq Avtovağzaldan 51 mindən çox sərnişin daşınıb

  • Müəllif: admin
  • 02 Yanvar 2017 15:03

avtovagzal

Bakı Beynəlxalq Avtovağzalından 28-29-30-31 dekabr tarixlərində 1 957 reyslə 51 349 sərnişin daşınıb.

Bu barədə Gununsesi.info-ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı məlumat verib.

Ş.Mehmanqızının sözlərinə görə, ən çox sərnişin sayı 30 dekabr tarixində müşahidə olunub: “Dekabr ayının 30-da Bakı Beynəlxalq Avtovağzalında 608 reyslə 16 525 sərnişin daşınması həyata keçirilib”.

Gununsesi.info